Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Şərqin ilk hüquqi və dünyəvi dövləti

---
27-05-2016, 13:17 Baxış: 278

Şərqin ilk hüquqi və dünyəvi dövləti

Şərqin ilk hüquqi və dünyəvi dövləti

Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatı şəhər 5 saylı tam orta məktəbin kollektivinin və İsmayıllı "Bilik Evi”nin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirdi.

Məktəbin direktoru Elçin Məmmədov bildirdi ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb.

YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova bildirdi ki, 28 may 1918-ci il Azərbaycanın ən parlaq və unudulmaz tarixi günlərindən biri Azərbaycanın istiqlal günüdür: "Azərbaycan Xalq Cümhuriyyəti qısa ömründə böyuk nailiyyətlər əldə etmişdir. Bu gün özlərini modern hesab edən ölkələrin bir çoxunun hələ də təmin edə bilmədiyi demokratik şəraiti 98 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti təmin etmişdir. Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir.”

Tədbirdə rayon Təhsil şöbəsinin məsləhətçisi, tarix müəllimi Ramiz Baloğlanov, 5 saylı məktəbin direktor müavini Elvüsal Babayev, gənclərdən  Yeganə Dadaşzadə, Günay Bədəlova, Teymur Məlikzadə və digərləri çıxış edərək qeyd etdilər ki, Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalıb.