Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Milli Məclis iyunun 14-də toplanır

---
8-06-2016, 11:21 Baxış: 493
Milli Məclis iyunun 14-də toplanır
Milli Məclisin (MM) növbədənkənar xüsusi sessiyasının ilk plenar iclası iyunun 14-də keçiriləcək.
Tezis.az-ın məlumatına görə, iclasın gündəliyi hələlik müəyyənləşməyib. 
Qeyd edək ki, Milli Məclisin yaz sessiyasından sonra növbədənkənar xüsusi sessiyası çağırılıb. Belə ki, 76 nəfər deputatın müraciəti ilə növbədənkənar sessiya çağırılıb. Növbədənkənar sessiya çərçivəsində komitə iclasları və iki plenar iclas keçirilməsi nəzərdə tutulub. 
Parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini isə müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.