Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

34 bankın iş qrafiki uzadılır - SƏBƏB

---
11-06-2016, 10:28 Baxış: 335
34 bankın iş qrafiki uzadılır - SƏBƏB"Formula 1" yarışları Azərbaycan Mərkəzi Bankının (AMB) da işinə təsir edəcək. Qurum iş vaxtını bankların iş rejiminə uyğun olaraq uzadıb. Nəticədə maliyyə təşkilatlarına daha çox nağd pul veriləcək.
AMB-dən Tezis.az-a verilən məlumata görə, iş qrafikinin uzadılması Bakı şəhərində "Formula 1" üzrə Avropa Qran Pri yarışlarının keçirilməsi ilə əlaqədar ölkəyə gələcək çoxsaylı xarici qonaqların və turistlərin milli və xarici valyutaya ehtiyaclarının kommersiya bankları tərəfindən effektiv ödənilməsini rahatlaşdıracaq. Xarici qonaq və turistlərin milli pul nişanlarının dizaynı və mühafizə elementlərinə dair məlumatlarla maarifləndirilməsi məqsədilə xüsusi broşürlər Bakı şəhərinin otellərində yerləşdirilib. Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə Bakının mərkəzində yerləşən bankların filial və şöbələri də gücləndirilmiş iş rejimində çalışacaq.
Bakıya gələcək əcnəbi qonaqların və eləcə də şəhər sakinlərinin bank, xüsusən də valyuta mübadiləsi xidmətlərinə rahat çıxışını təmin etmək məqsədilə Bakı Şəhər Halqası ətrafında və istirahət məkanlarının yaxınlığında yerləşən 34 bankın 90 filial və şöbəsi 10-21 iyun tarixlərində səhər saat 9:00-dan axşam 21:00-dək fəaliyyət göstərəcək.
Qeyd edək ki, bu ilin fevralından müstəqil fəaliyyət göstərən valyuta dəyişmə məntəqələri ləğv olunub.