Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Milli Qurtuluş Günü Azərbaycan tarixinin dönüş mərhələsidir

---
11-06-2016, 11:12 Baxış: 363

[medium=left]http://altaba.az/uploads/posts/2016-06/1465628988_image.jpeg[/medium]

İyunun 10-da Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) və "Səs” media qrupunun birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışının 23-cü ildönümünə həsr olunan tədbir keçirilib.

Tezis.Az xəbər verir ki, əvvəlcə 15 iyun - Qurtuluş Günü ilə bağlı film nümayiş olunub.

ADİU-nun rektoru, professor Ədalət Muradov Milli Qurtuluş Gününün Azərbaycan tarixində əhəmiyyətli dönüş mərhələsi olduğunu qeyd edib. Bildirilib ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdə çox ağır dövrünü yaşayıb. O deyib: "Hökm sürən siyasi gərginlik, vətəndaş müharibəsi təhlükəsi ölkəni iqtisadi böhrana sürükləmişdi. Belə ağır dövrdə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ölkədə sabitliyə nail ola bildi. Azərbaycan qısa zamanda iqtisadi sabitlik və inkişafa qədəm qoydu. Bu irəliləyiş əsası Ulu Öndər tərəfindən qoyulan güclü iqtisadi inkişaf strategiyası sayəsində mümkün olub”.

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Azərbaycanın ötən əsrin 90-cı illərinin əvvəlində ikinci dəfə dövlət müstəqilliyini elan etməsindən və müstəqilliyin ilk illərində ölkədə baş verən ağır ictimai, siyasi proseslərdən bəhs edib. Bildirilib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, hərbi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğuna başlanıb.

"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, ulu öndər Heydər Əliyev ölkəmizin dövlətçilik tarixinin əsasını yaratmaqla, onu möhkəmləndirməklə Azərbaycan tarixində dərin iz buraxıb. Ulu Öndər Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını alan, ölkəmizdə ümummilli həmrəyliyi təmin edən, müasir inkişafımızın hüquqi-siyasi və iqtisadi əsaslarını yaradan yeni azərbaycançılıq ideologiyasının banisidir. Bu gün Ulu Öndərin qurduğu müstəqil Azərbaycan dövləti dünya siyasətində özünəməxsus yer tutub.

"İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın tarixinə qızıl hərflərlə Milli Qurtuluş Günü kimi daxil olan tarixdən bizi 23 illik zaman ayırır. İllər biri-birini əvəzlədikcə hadisələrin mahiyyətini, onun bu günümüz və gələcəyimiz üçün əhəmiyyətini daha dərindən dərk edirik. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, tariximizin hər bir səhifəsi bizim üçün əzizdir, ona hörmətlə, ehtiramla yanaşmalıyıq.

"Səs” media qrupunun rəhbəri Bəhruz Quliyev Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edib.

Sonda Yeni Azərbaycan Partiyasının ADİU üzrə ərazi ilk təşkilatına yeni qəbul edilən üzvlərə vəsiqələr təqdim olunub.