Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

"Narkotizmlə Mübarizə" İB Astarada tədbir keçirdi

---
13-06-2016, 18:01 Baxış: 347
"Narkotizmlə Mübarizə" İB Astarada tədbir keçirdi 
"Narkotizmlə Mübarizə" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 11-13 iyun 2016-cı ildə Astarada "Narkomaniyaya qarşı mübarizə mədəni tədbirlər kontekstində” adlı tədbir həyata keçirmışdir.
Tədbirin əsas məqsədi gənclər arasında narkomaniyanın yayılmasının qarşısını almağa çalışmaq, tanınmış şəxslərin o cümlədən mədəniyyət xadimləinin narkomaniyaya qarşı mübarizə tədbirlərinə cəlb etməklə effektiv mübarizə metodu yaratmaq, narkomaniyaya qarşı mübarizədə daha geniş sosial qrupları əhatə etməsinə nail olmaqdır. Tədbirdə bu sahə ilə bağlı mövcud qanunvericiliyin təbliği, Narkomaniyaya qarşı mübarizə tədbirlərinin optimallaşdırılması problemləri barədə maarifləndirmə söhbətləri aparılmışdır. Regionlarda bu problemin daha çox ictimailəşdirilməsi, ona qarşı maarifləndirmənin gücləndirilməsi, gənclərin təlimatlandırılması layihənin qayəsini təşkil edir. Bu məqsədlə layihəyə 15-29 yaşlı gənclər cəlb olunmuş, tədbirdə onlara məlumatlandırma materialları da paylanmışdır.