Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

ABŞ dövlət katibinin köməkçisi Ukraynaya səfər edib

---
23-06-2016, 08:41 Baxış: 243
ABŞ dövlət katibinin köməkçisi Ukraynaya səfər edib

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland  Ukraynaya səfər edib. 

Tezis.Az-ın xəbər verir ki, bu barədə Ukrayna prezidentinin rəsmi saytında məlumat verilib. 

Məlumata əsasən, ABŞ rəsmisi  Ukrayna prezidenti administrasiyası rəhbərinin müavini Konstantin Yeliseyev ilə görüşüb. 

Tərəflər Minsk razılaşmasının icrasını və ölkənin şərqində sülhə nail olmaq üçün gələcək addımları müzakirə ediblər. "Tərəflər Ukraynanın suverenliyinin, ərazi bütövlüyünün bərpası və münaqişənin sülh yolu ilə həllindən başqa alternativin olmadığını bir daha təsdiqləyiblər”, məlumatda deyilir. 

Viktoriya Nuland Kiyev səfərindən sonra Rusiyaya yollanacaq. Onun Moskvada Rusiya prezidentinin köməkçisi Vladislav Surkov ilə görüşü nəzərdə tutulub. Qeyd edək ki, ABŞ rəsmisinin Ukrayna və Rusiya prezidentləri ilə görüşü planlaşdırılmayıb.