Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Fuad Muradova ilk təbrik İsmayılovdan gəldi

---
24-04-2018, 15:42 Baxış: 204
Fuad Muradova ilk təbrik İsmayılovdan gəldi
 Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi Fuad Muradovu Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilməsi münasibətilə təbrik edib.
Mərkəzin sədri İlham İsmayılov təbrik məktubunda Muradovun təcrübəsi və savadı ilə Komitəyə böyük fayda verəcəyini bildirib.
"Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi Fuad Muradovu Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilməsi münasibətilə təbrik edir, ona yeni işində uğurlar arzulayır. Fuad Muradov Milli Məclisin deputatı olaraq, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini, Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya, Azərbaycan-ABŞ, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü kimi aktiv fəaliyyət göstərib, cəmiyyətdə təşəbbüskar, enerjili bir millət vəkili kimi tanınıb, beynəlxalq əlaqələrin qurulmasında yetərincə təcrübəsi vardır. İnanırıq ki, Azərbaycan və türk dünyasının dispor təşkilatlarının fəaliyyəti ilə də geniş məlumatlı olan Fuad Muradov bu sahədəki boşluqların, diaspor təşkilatları arasında olan narazılqların aradan qaldırılmasına öz töhfəsini verəcək, səfirliklərlə diaspor təşkiltaları arasında əlaqələrin daha da inkişaf etdirilməsinə, diaspor sahəsində fəaliyyət göstərən milli təşkilatlarla əlaqələrin vacibliyinə daha çox diqqət göstərəcək, diasporlarımızın inkişafı üçün nəzərdə tutulan strateji layihələrə dəstək verəcəkdir”, - təbrikdə bildirilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Muradov Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilib.