Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

FOREKS: FED-İN SƏRT SİYASƏTİ VƏ DOLLARIN BAHALAŞMASI

---
2-08-2018, 09:14 Baxış: 125
FOREKS: FED-İN SƏRT SİYASƏTİ VƏ DOLLARIN BAHALAŞMASI
Dolların aparıcı valyutalara nisbətən qiymətinin daha da bahalaşa biləcəyi proqnozları FED-in açıqlamalarından sonra daha da güclənib.
Dünya valyuta birjalarında EUR/USD məzənnəsi Amerika Mərkəzi Bankının açıqlamalarından sonra dolların bahalaşması fonunda 1.1650$-a kimi ucuzlaşıb.
Türkiyə maliyyə bazarlarında isə Türkiyə ilə Amerika arasında siyasi gərginliyin artması fonunda USD/TRY məzənnəsi 5.01TL-yə kimi bahalaşıb.
Təhlillərə əsasən, son iki ayın maksimum və minimum səviyyələri aralığında ticarət edilən dolların aparıcı valyutalara nisbətən orta qiyməti, keçən həftənin maksimum səviyyəsini də qırarsa, əlavə olaraq 0.5%-ə kimi də bahalaşa bilər. Əlvan metallar bazarlarında isə qızılın qiyməti son iki həftədir 39$ ətrafında dalğalanmaqdadır. Dünyada siyasi risklərin yenidən artığı bir şəraitdə qızılın qiymətində də yenidən bahalaşma müşahidə edilə bilər.
Belə ki, qızılın bir qram üzrə qiyməti 39.50$-a kimi bahalaşarsa, artım dalğası 39.80$-a kimi də sürətlənə bilər.