Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Direktor: "Tbilisidə yaşayış binasında partlayış nəticəsində xəsarət alan azərbaycanlıların vəziyyəti sabitdir"

---
16-11-2018, 11:36 Baxış: 132
"Tbilisidə ötən gün qaz sızması nəticəsində yaşayış binasında baş verən partlayış zamanı xəsarət alan Məmmədovlar ailəsinin üzvlərinin vəziyyəti sabitdir".
Bunu Yanıq Mərkəzinin direktoru Quqa Kaşibadze bildirib.
O deyib ki, xəsarət alan kişi, onun oğlu və uşağın müalicəsi mərkəzin reanimasiya şöbəsində davam etdirilir: "Onlar bədənin müxtəlif yerlərində yanıq xəsarətləri alıblar. Yaşlı kişinin bədəninin 65%-i, onun oğlunun bədəninin 55%-i, uşağın bədəninin isə 12%-i yanıb”.
Qeyd edək ki, Tbilisinin Zemo Poniçala qəsəbəsində ötən gün səhər saatlarında doqquzmərtəbəli binada təbii qaz sızmasından güclü partlayış baş verib. Nəticədə üç nəfər – 44 yaşlı kişi, onun 24 yaşlı oğlu və 6 yaşlı nəvəsi xəsarət alıblar.
Hadisə nəticəsində gənc qadın və onun övladı dağıntılar altında qalaraq ölüb.