Bakı 11° C Temperatur

71

7m/s

  • USD1.7000
  • EUR1.9600
  • RUB0.0254
  • NEFT$62.00
^
XƏBƏR LENTİ

Stavropolda qəzaya düşən azərbaycanlılar - Siyahı

---
7-01-2019, 16:40 Baxış: 14
Stavropolda qəzaya düşən azərbaycanlılar - Siyahı
Stavropol diyarında marşrut mikroavtobusun aşması nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının kimliyi, hadisənin təfərrüatı və yaralıların vəziyyətləri ilə bağlı detallar məlum olub.
Stavropolda "Araz” Azərbaycan Cəmiyyətinin sədri Təhmasib Zeynalov Report-a bildirib ki, hadisə yanvarın 6-da yerli vaxtla saat 12:00 radələrində Levakumsk şəhəri yaxınlığında Kaçubey – Minvod yolunda baş verib. Bakı-Moskva marşurutu ilə hətrəkət edən mikroavtobus idarəetməni itirib, ağaca dəyərək aşıb. Hadisə zamanı avtomobildə 12 nəfər Azərbaycan vətəndaşı olub. Onlardan 4 nəfər ağır yaralandığı üçün Budyenovsk şəhər xəstəxanasına yerləşdiriliblər. Bunlar Azərbaycan vətəndaşları sürücü 1979-cu il təvəllüdlü Musayev Vüqar Zahir oğlu, sərnişinlər 1984-cü il təvəllüdlü Məmmədov Mikayıl Bilal oğlu,Mustafayev Musa Bəhrəm oğlu və Mustafayev Eldar Musa oğludur.
Yerdə qalanlardan 4 nəfər Moskvaya göndərilib, 3 nəfər Levakumsk şəhərində diaspor tərəfindən otelə yerləşdirilib, 1 nəfər isə Azərbaycana göndərilib. T. Zeynalov bildirib ki, hadisə baş verən kimi Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi məsələyə həssaslıqla yanaşıb, hadisə ilə yaxından maraqlanıb: "Yerli diaspor təşkilatı olaraq hadisədə zərərçəkənlərin yerləşdirilməsi və müalicəsi üçün nə lazımdır edirik”. O qeyd edib ki, hazırda 4 yaralının vəziyyəti ağırdır, ciddi həkim nəzarətindədirlər. Digər otelə yerləşdirilən sərnişinlərin sənədləri polisdən qaytarılan kimi onlar da vətənə göndəriləcək.