Bakı C Temperatur

80

3m/s

  • USD1.7000
  • EUR1.9270
  • RUB0.0259
  • NEFT$68.49
^
XƏBƏR LENTİ

Mey Avropa Komissiyası ilə "Brexit" üzrə sazişə dəyişiklikləri razılaşdırıb

---
12-03-2019, 06:47 Baxış: 15
Mey Avropa Komissiyası ilə "Brexit" üzrə sazişə dəyişiklikləri razılaşdırıbBöyük Britaniyanın baş naziri Tereza Mey Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker ilə "Brexit"lə bağlı sazişin mətnində dəyişiklik edilməsi barədə razılığa gəlib.
RİA "Novosti" xəbər verir ki, bunu Britaniya baş naziri aparatının rəhbəri Devid Lidinqton deyib.
Onun sözlərinə görə, Mey və Yunker London və Brüssel arasında Britaniyanın Avropa İttifaqı tərkibindən çıxmağa dair sövdələşməyə hüquqi cəhətdən dəyişiklik etmək öhdəliyini təmin ediblər.
O həmçinin əlavə edib ki, Britaniya hökuməti ölkə parlamentinə iki yeni sənəd təqdim etmək niyyətindədir.