Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Azərbaycanın 30 şirkəti “Worldfood Moscow 2019” ərzaq sərgisində təqdim olunacaq

---
30-03-2019, 13:18 Baxış: 54
Azərbaycanın 30 şirkəti “Worldfood Moscow 2019” ərzaq sərgisində təqdim olunacaq
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Moskvaya təşkil olunacaq ixrac missiyasında iştirak üçün sənəd qəbulu elan edib.
Azərbaycanın 30 şirkəti sentyabrın 24-27-də Moskvada keçiriləcək "Worldfood Moscow 2019" ərzaq sərgisində təqdim olunacaq.
İxracatçılar müsabiqə əsasında seçiləcək.
İyulun 12-də keçiriləcək müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur.
Müsabiqədə iştirak etmək üçün lazımi sənədlər iyulun 1-dən gec olmayaraq AZPROMO-ya təqdim edilməlidir.