Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Yaponiyanın Kyüşü adası sahillərində iki güclü zəlzələ olub

---
10-05-2019, 09:57 Baxış: 15
Yaponiyanın Kyüşü adası sahillərində iki güclü zəlzələ olub
Mayın 10-da Yaponiyanın Kyüşü adası sahillərində təqribən bir saat ərzində iki güclü zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. 5,6 bal gücündə birinci güclü zəlzələ yerli vaxtla saat 7:43 dəqiqədə qeydə alınıb. Onun episentrinin Miyazaki şəhərindən 22 kilometr cənubda, ocağının isə 30 kilometr dərinlikdə yerləşdiyi bildirilir. İkinci 6,3 bal gücündə zəlzələ isə yerli vaxtla saat 8:48 dəqiqədə baş verib. Bu zəlzələnin episentri Miyazaki şəhərindən 39 kilometr şərqdə, ocağı 40 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərəçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.