Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

"iPhone" və "iPad"ı qıran yeni proqram yaradılıb

---
18-06-2019, 08:39 Baxış: 201
"iPhone" və "iPad"ı qıran yeni proqram yaradılıb
İsrailin "Cellebrite" şirkəti "iPhone" və "iPad"ın əməli olaraq bütün modellərini qırmaq iqtidarında olan nadir proqram yaradıb.
Proqram istehsalçılar tərəfindən hüquq-mühafizə orqanlarının ehtiyaclarını ödəmək üçün yaradılıb. Onun yaradıcıları iddia edirlər ki, proqram iOS 7-dan iOS 12.3-ə qədər olan əməliyyat sistemləri ilə işləyən "iPhone" və "iPad" qurğularına giriş əldə etməyə imkan verəcək. Bundan əlavə, indi "Android"lə işləyən qurğular, eləcə də, "Samsung Galaxy" smartfonları da onlar üçün əlçatandır.