Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Moskvanın “FaceApp” oyunu: Dünya təşvişdə

---
19-07-2019, 12:21 Baxış: 26
Moskvanın “FaceApp” oyunu: Dünya təşvişdəAlman hökumətinin məlumatların qorunması məsələləri üzrə səlahiyyətli nümayəndəsi Ulrix Kelber Rusiyanın "Vireless Lab” şirkətinin yaratdığı
"FaceApp” tətbiqindən istifadə etməməyi məsləhət görüb.
Bu barədə RİA yazıb.
Kelberin sözlərinə görə, proqramın istifadəsi istifadəçilərin şəxsi məlumatlarının arzuolunmaz şəxslərin əlinə keçməsinə səbəb ola bilər. "FaceApp”ın istifadə şərtləri sona qədər aydın deyil.
Proqramın arxasında kimlərin dayana biləcəyi düşüncəsi ehtiyatlı olmağa sövq edir”, - Kelber bildirib.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ-da da sözügedən proqram tənqid edilmiş və ölkənin milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirilmişdi.Moskvanın “FaceApp” oyunu: Dünya təşvişdə