Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Dünyanın ən hündür binasının memarı vəfat etdi

---
20-07-2019, 12:17 Baxış: 25
Dünyanın ən hündür binasının memarı vəfat etdi
Argentinalı məşhur memar Sezar Pelli 92 yaşında vəfat edib.
BBC xəbər verir ki, bu barədə S.Pellinin doğulub-böyüdüyü Tukuman əyalətinin qubernatoru məlumat verib.
Qeyd edək ki, S.Pelli Malayziyanın paytaxtı Kuala Lumpurda yerləşən Petronas Qüllələrinin memarıdır. 1998-ci ildə inşa edilən tikili 6 il ərzində dünyanın ən hündür binası statusunu özündə saxlayıb.
Memarın digər məşhur işləri Yaponiyanın Osaka şəhərindəki Milli İncəsənət Muzeyi, Londondakı "One Canada Square" binası, Nyu Yorkdakı Dünya Maliyyə Mərkəzi, Honkonqdakı Beynəlxalq Maliyyə Mərkəzinin binasıdır.
Dünyanın ən hündür binasının memarı vəfat etdi
Dünyanın ən hündür binasının memarı vəfat etdi