Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Dünya şöhrətli meqastar Tarkan Avropada konsert verəcək

---
14-08-2019, 09:21 Baxış: 195
Dünya şöhrətli meqastar Tarkan Avropada konsert verəcək
Türkiyənin dünya şöhrətli meqastarı Tarkan İstanbulun Harbiyə Cəmil Topuzlu Açıqhava Teatrında möhtəşəm konsert proqramı ilə çıxış edəcək.
Anadolu xəbər agentliyi bildirir ki , sentyabrın 21-də reallaşacaq konsert 23-dək davam edəcək.
Eyni zamanda, Tarkan oktyabrın 6-da Londonda, oktyabrın 26-da Münhendə konsert verəcək.
Meqastar noyabrın 14-də Amsterdamda, 16-da Vyanda, 30-da isə Zürühdə çıxış edəcək.
Dekabrın 21-də isə müğənninin Almaniyanın Köln şəhərində möhtəşəm konsert proqramı ilə çıxış edəcəyi gözlənilir.
Konsertdə o, yeni albomlarından və repertuarında sevilən digər pop mahnıları səsləndirəcək.