Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Axtarışda olan terrorçu Türkiyə-Suriya sərhədində saxlanılıb

---
10-01-2020, 09:02 Baxış: 9
Axtarışda olan terrorçu Türkiyə-Suriya sərhədində saxlanılıbİŞİD terror təşkilatına üzv olmaq şübhəsi ilə Beynəlxalq Polis Təşkilatı - İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olan -Danimarka vətəndaşı Türkiyə-Suriya sərhədində saxlanılıb.
 
Şübhəli Suriyadakı qarşıdurma bölgəsindən qeyri-qanuni yollarla Türkiyə ərazisinə keçmək istəyərkən ölkənin Milli Kəşfiyyat Təşkilatı və Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.
 
O, lazımi tədbirlərin görülməsi üçün müvafiq orqanlara təqdim edilib.