Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Bəhram Bağırzadənin vəziyyəti ağırlaşdı, reanimasiyaya aparıldı-PREZİDENT VƏ BİRİNCİ XANIM NƏZARƏTƏ GÖTÜRDÜ

---
14-06-2020, 18:21 Baxış: 1 928

Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadənin koronavirusa yoluxması təsdiqlənib.

Kult.az xəbər verir ki, bu barədə Real TV-yə aktyorun həyat yoldaşı Şəhla Bağırzadə danışıb.

Əməkdar artist Mərkəzi Gömrük Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyətinin də kifayət qədər ciddi olduğu bildirilir.

Şəhla Bağırzadə açıqlamasında dövlət tərəfindən bütün işlərin görüldüyünü, əməkdar artistin müalicəsinin Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətində olduğunu vurğulayıb.

Qeyd edək ki, Bəhram Bağırzadənin ailə üzvlərindən COVİD-19 -la bağlı götürülmüş testlərin cavabı neqativ çıxıb. Yəni onlarda koronavirus aşkarlanmayıb.