Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8427
  • RUB0,0220
  • NEFT$30.64
^
XƏBƏR LENTİ

Leyla Əliyeva uşaqlarla görüşdü

---
8-07-2016, 09:30 Baxış: 578
Leyla Əliyeva uşaqlarla görüşdüİyulun 7-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə valideyn himayəsindən məhrum olan uşaqlar üçün istirahət proqramı təşkil edilib.
Tezis.az xəbər verir ki, Fondun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 1 saylı körpələr evi və 1 saylı uşaq evinin sakinləri ilə birlikdə şənlikdə iştirak edib. Körpələr və uşaq evinin yeniyetmə sakinləri onlar üçün tərtib olunmuş müxtəlif əyləncələrdə asudə vaxtlarını keçirib. Leyla Əliyeva uşaqlarla səmimi söhbət edib, onların əyləncələrində iştirak edib. 
Qeyd edək ki, Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqlara müntəzəm baş çəkir, onların hansı qayğıya, mənəvi dəstəyə ehtiyacı olması ilə maraqlanır, uşaq və yeniyetmələrin təlim-tərbiyələri, asudə vaxtlarının təşkilində iştirak edir.
İstirahət, müxtəlif bayram və əlamətdar günlərdə əyləncələrin təşkili isə uşaqlara unudulmaz xoş anlar yaşadır.

Leyla Əliyeva uşaqlarla görüşdü