Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Yaponiyada güclü yağışlar və sürüşmə nəticəsində ölənlərin sayı 40-a çatıb

---
6-07-2020, 07:58 Baxış: 361
Yaponiyada güclü yağışlar və sürüşmə nəticəsində ölənlərin sayı 40-a çatıbYaponiyanın Küsü adasının cənub-qərbində çayın daşmasına və torpaq sürüşmələrinə səbəb olan leysan yağışlar nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.
 
Bu barədə "NHK” telekanalı məlumat yayıb.
 
Rəsmi olaraq 24 nəfərin ölümü təsdiqlənib, daha 16 nəfərin isə ürəyi və ciyərləri fəaliyyətini itirib ki, bu da Yaponiyada kliniki ölüm adlanır.
 
Belə bir diaqnozu yalnız tibb işçiləri təyin edə bilir, xilasedicilər deyil. Ölənlərdən 14-ü Kumamoto prefekturasında suyun altında qalmış qocalar evinin sakinləri olub.
 
Eyni zamanda, 12 nəfər də itkin düşmüş hesab olunur. Onların axtarışları davam etdirilir. Yağıntılardan ən çox Kumamoto prefekturası ziyan görüb. Orada təxminən 1000 hektar ərazi suyun altında qalıb.
 
Təxliyə mərkəzlərində hazırda təxminən 1500 adam var.
 
Çayın daşması və torpaq sürüşməsi elektrik enerjisinin verilişini dayandırıb, buna görə də Kumamotoda 4,7 min ev işıqsız qalıb. Yaponiyanın meteoroloji xidməti idarəsinin məlumatına görə, güclü yağışlar bazar ertəsi günündə də Küsü adasında yağmaqda davam edəcək. Bununla yanaşı, əsas cərəyanlar Sikoku adasının şərq bölgəsinə keçib. Sutka ərzində burada 300 mm-dək yağıntının düşəcəyi gözlənilir.
Yaponiyanın Baş Naziri Sindzo Abe özünümüdafiə qüvvələrinin təxminən 10 min nəfərlik hərbçisini fəlakət bölgəsinə göndərib.
 
Onlar burada yerli xilasetmə xidmətlərinə köməklik göstərir. Yaponiya hökumətinin başçısı, həmçinin bildirib ki, yerli sakinlərin müvəqqəti olaraq yerləşdirildikləri bütün təxliyə mərkəzlərində koronavirusun yayılması təhlükəsinə qarşı lazımi tədbirlər görüləcək.