Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Pandemiyadan zərər çəkmiş sahibkarlara veriləcək 300 milyon manatadək kreditlər dövlət zəmanəti ilə təmin ediləcək

---
10-07-2020, 09:31 Baxış: 183
Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması qaydasına uyğun olaraq, kreditlər 300 (üç yüz) milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin ediləcək.
 
Bu, Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” qərarında əksini tapıb.
 
Eyni zamanda qərara əsasən, koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması qaydasına uyğun olaraq, sahibkarlıq subyektləri tərəfindən alınacaq kreditlərə dövlət zəmanətinin verilməsi 2021-ci il dekabrın 31-dək həyata keçiriləcək.