Bakı 17° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,1929
  • RUB0,225
  • NEFT$63,05
^
XƏBƏR LENTİ

Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar tədbir keçirilib

---
5-04-2021, 11:00 Baxış: 46
Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar tədbir keçirilib
Bu gün ADA Universitetində 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar tədbir keçirilib.
 
Aaltaba.az-ın məlumatına görə, müzakirələrdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici ölkələrin Azərbaycandakı səfirləri iştirak ediblər. Universitetin prorektoru Fariz İsmayılzadə tədbirin böyük əhəmiyyət daşıdığını bildirib. Hikmət Hacıyev Ermənistanın işğaldan azad olunmuş ərazilərdəki minaların xəritəsini Azərbaycana təqdim etmədiyini nəzərə çatdırıb, bununla beynəlxalq hüququ pozduğunu vurğulayıb.
BMT İP Rezident nümayəndəsinin müşaviri Çaru Bist BMT və Azərbaycan arasında ərazilərin minalardan təmizlənməsi sahəsində uğurlu əməkdaşlıq mövcud olduğunu vurğulayıb. Mina Aksiyasına Yardım günü ilə əlaqədar keçirilən brifinqdə ANAMA İdarə Heyətinin sədr müavini Samir Poladov ANAMA-nın fəaliyyət göstərdiyi müddətdə ərazilərin minalardan təmizlənməsi sahəsində gördüyü işlər barədə danışıb.
Tədbirdə çıxış edən Füzuli sakini Asif Əhmədov bildirib ki, həmişə təsərrüfatla məşğul olduqları otlaq sahədə 2020-ci il 14 noyabrda minaya düşüblər, qardaşı həlak olub, özü isə sol ayağını itirib.
 
O, mülki əhalini minalanmış ərazilərə getməməyə çağırıb, bunun çox təhlükəli olduğunu vurğulayıb. Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Mirzəyev mina və partlamamış təhlükəsinin aradan qaldırılması, Ermənistanın qadağan olunmuş raket və silahlardan istifadə edilməsi ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət göstərib: "44 gün ərzində düşmənin yerüstü arsenalı məhv edilsə də, yer altındakı gizli arsenalı hələ qalmaqdadır.
 
Minalar işğaldan azad olunmuş ərazilərdə işıq xətləri, yol kənarları, kənd və qəsəbə daxili cığırlara, çay kənarlarına və digər yerlərə basdırılıb. Mina təhlükəsinin qarşısının alınması istiqamətində hökumət, QHT-lər və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsinə ehtiyac var. İnsanların minalanmış ərazilərə getməkdən yayındırmaq üçün yerli və xarici jurnalistlərin işğaldan azad olunmuş ərazilərə səfərlərinin təşkili vacibdir.
İşğaldan azad olunmuş ərazilərdə mina risklərinin aradan qaldırılmasına müəyyən zaman lazımdır. Beynəlxalq təşkilatları minalanmış ərazilərin xəritəsini vermək üçün Ermənistana təzyiq göstərməyə çağırırıq”.
Tədbir çıxışlarla davam edib.