Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Dollar günə bu qiymətlə başladı: məzənnə

---
4-08-2016, 10:45 Baxış: 221
Dollar günə bu qiymətlə başladı: məzənnə
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Tezis.az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 3-ü ilə müqayisədə 0,2% möhkəmlənərək 1,5947 manat təşkil edib.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,4% zəifləyərək 1,7775 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,84% bahalaşaraq 0,0240 manat səviyyəsinə yüksəlib.
Türkiyə lirəsinin məzənnəsi 0,53% zəifləyərək 0,5286 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1254 manatdır. Beləliklə, funt sterlinq 0,23%-lik bahalaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi də 0,16% artaraq 0,6783 manat təşkil edib.