Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Elçin Mirzəbəylidən Pənah Hüseynə: "Onların bir araya gəlməsi mümkün deyil"

26-05-2016, 12:11 Baxış: 298

Elçin Mirzəbəylidən Pənah Hüseynə: "Onların bir araya gəlməsi mümkün deyil" 

"Ümumiyyətlə 2000-ci ildən bəri yəni son 16 il ərzində saysız-hesabsız müxalifət birlikləri yaradılıb. Amma son nəticədə bu birliklərin hamısı iflasa uğrayıb. Beləcə, tərəflər də bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış ediblər”. Bunu Tezis.az-a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli Pənah Hüseynin müxalifətin birliyinin yaradılması təşəbbüsünə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, siyasətçi üçün kim deyirsə ki, dəyər anlayışı olmamalıdır, həmin insan kökündən yalan danışır: "Əslində cəmiyyətə verilən mesajlarla siyasət adamları dəyər formalaşdırırlar. Vaxtilə bir-birinə qarşı ən kəskin ittihamlarla çıxış edən insanların yenidən bir araya gəlməsi və yenidən ayrılması əslində yalnış bir mesajdır və bütövlükdə bu dairədə olan insanların iflasa uğramasından xəbər verir. Ümumiyyətlə hər hansı bir məsələnin müzakirəsinə insanlar toplaşa bilərlər. Amma son nəticədə onları idarə edən dairələr, iddialar və maraqlar da fərqlidir. Bu mənada düşünürəm ki, onların bir arada olması mümkün deyil”.

Tezis.az