Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Mühüm gedişat: Qarabağ üçün yeni şans

8-06-2016, 09:47 Baxış: 261

Mühüm gedişat: Qarabağ üçün yeni şansQarabağ problemi kimi təhdid törədən münaqişənin tez həlli təkcə Azərbaycanın deyil, eləcə də Rusiya, İran və digər bölgə dövlətlərinin də marağına uyğun gəlir.

 Bu sözləri Tezis.Az-a Azərbaycan, Rusiya və İran prezidentlərinin gözlənilən görüşünü şərh edən politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, geoiqtisadi zəmində hər üç ölkəni birləşdirən, onlar üçün əlverişli şərait yaradan amillər çoxdur:

 "Dünya miqyasında iqtisadi-ticari kooperasiyanın həcmi artdıqca uğurlu siyasət yeridən dövlətlərin mənfəət imkanları da artır. Qafqaz-Xəzər bölgəsində sözügedən üç ölkə elə konfiqurasiyada yer alıb ki, bu baxımdan  yeni üstünlüklər qazanmaq şansları güclüdür. Ən yaxın zamanda Şimal-Cənub nəqliyyat dəhlizi tam gücü ilə istifadəyə veriləcək. İranın Astara-Rəşt-Qəzvin xəttini inşa etməsi isə qitələrarası daşınmaların həcmini bir neçə dəfə artıracaq. Bu baxımdan Azərbaycan, Rusiya və İran birgə transkontinental inteqrasiya proqramlarındakı iştirak əmsallarını artıracaqlar. Yəni Azərbaycanın kommunikasiya imkanları strateji anlam daşıyacaq. Çünki məhz Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinin ən vacib bəndinə çevrilir”.

 Politoloqun qənaətinə görə, bu kontesktdə Qarabağ probleminin həlli də artıq zərurətə çevrilir:

 "Üçtərəfli görüşdə bölgə problemləri və qlobal çağırışlarla bağlı danışıqlar baş tutacaq və belə bir gedişat bölgədəki siyasi proseslərin tənzimlənməsinə əməli təsir göstərəcək”.

Qeyd edək ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin ilin ikinci yarısında Bakıda üçtərəfli formatda görüşünün keçiriləcəyi gözlənilir.

 

Tezis.Az