Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Millət vəkili: "Bu amnistiya aktı böyük bir humanizm faktıdır"

15-06-2016, 14:36 Baxış: 366

Millət vəkili: "Bu amnistiya aktı böyük bir humanizm faktıdır"Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilmiş amnistiya aktı böyük bir humanizm faktıdır.
Bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
B.Əliyev vurğulayıb ki, xalqın təkidli ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanı məhv olmaqdan xilas edən ulu öndər Heydər Əliyev möhkəm, güclü, müstəqil dövlət qurdu və bir çox xoşməramlı ənənələrin əsasını qoydu:
"Bu amnistiya aktı da Heydər Əliyev ənənələrinin yaşadılması deməkdir. Azərbaycan dövlətinin əsas məqsədi insanların hüquq və azadlıqlarını təmin etməkdir. Heydər Əliyev Fondu və onun rəhbəri Mehriban xanım Əliyeva da bu prinsipi hər zaman fəaliyyətində rəhbər tutub. Bu, Azərbaycanın yürütdüyü çox müdrik siyasətin nəticəsidir ki, hazırda ölkədə vətəndaşlıq mövqeyi daha da möhkəmlənib".
B.Əliyev ümid etdiyini bildirib ki, bu amnistiya aktı ilə azadlığa qovuşan məhkumlar düzgün nəticə çıxaracaq və dövlətin onlara olan bu humanist münasibətindən bəhrələnəcəklər.
Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin mayın 20-də keçirilən iclasında amnistiya aktı qəbul edilib.
Amnistiya aktına əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxlər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil ovladı olan, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazilərinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər.
İyunun 15-dən etibarən amnistiya aktının icrasına başlanılıb.