Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

"Milli Məclis insan hüquqlarına zidd olan heç bir qanun qəbul etməyəcək”

16-06-2016, 13:35 Baxış: 654
"Milli Məclis insan hüquqlarına zidd olan heç bir qanun qəbul etməyəcək”"SSRİ-də əmək, sosial hüquqlar əksini tapmışdı, ancaq ümumilikdə insan hüquqları ritorikadan başqa bir şey deyildi”.
Tezis.az xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin "18 İyun Azərbaycan Respublikasında İnsan Hüquqları Günü” ilə əlaqədar parlamentdə təşkil etdiyi dinləmələr zamanı Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.
S.Mirzəyev insan hüquqlarının daim inkişaf edən sahə olduğunu vurğulayıb: "Hər yeni nəsil yeni problemlər gətirir. İnsan hüquqları ilə məşğul olan insanlar heç vaxt sakit dura bilməzlər və biz də bu problemləri həll etməliyik. Mən sevinirəm ki, Azərbaycanda çoxlu sayda QHT yaranıb və o QHT-lər insanlar üçün çalışır. Ölkə rəhbərliyi də insan hüquq və azadlıqları sahəsində problemlərin həllini diqqətdə saxlayır. Qeyd etmək istəyirəm ki, Milli Məclis Aparatı insan hüquqlarına zidd olan heç bir qanunu qəbul etməyəcək”.