Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Tbilisidə aksiyaçılar baş nazirin istefasını tələb ediblər - YENİLƏNİB - FOTO

1-06-2018, 00:34 Baxış: 209
Tbilisidə aksiyaçılar baş nazirin istefasını tələb ediblər - YENİLƏNİB - FOTO
Gürcüstanda parlamentin binası qarşısında keçirilən aksiyada 2000 nəfərdən çox adam iştirak edir.
Hazırda aksiya iştirakçılarının tələbi dəyişib.
Günorta saatlarında baş prokurorun, cinayətin ört-basdır edilməsində şübhəli bilinən prokurorların istefası tələb olunurdusa, indi aksiya iştirakçıları baş nazir Georgi Kvirikaşvilin də istefasını tələb edirlər. Hakimiyyəti korrupsiyaya uğramaqda ittiham edən kütlə Bdzina İvanişvilinin də siyasətdən getməsini tələb edir. Etirazçıların fikrincə, prokurorluq və məhkəmələrin korrupsiyalaşmasında indiki hakimiyyət təqsirkardır. Aksiyanın səhərə qədər davam edəcəyi bildirilir. Məlumat üçün qeyd edək ki, 2017-ci il dekabrın 1-də Tbilisinin Xorava küçəsində 51 nömrəli məktəbin iki şagirdi aldıqları bıçaq yaralarından dünyalarını dəyişiblər. Məhkəmə şagirdləri qətlə yetirən iki nəfərdən birini azadlığa buraxıb, digərinin cinayət işində maddələri dəyişərək ona yüngül cəza verib. Ölən şagirdlərin valideynləri bunda prokurorluq orqanlarını təqsirkar sayaraq aksiyaya başlayıblar. Baş prokuror ittihamlara və aksiya iştirakçılarının tələbinə uyğun olaraq istefa verib. Parlament isə işin yenidən araşdırılması üçün xüsusi komissiya yaradıb. Aksiya davam edir.
31.05.2018 22:02
Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında kütləvi aksiya keçirilir. Milli.Az APA-ya istinadən xəbər verir ki, aksiya iştirakçıları ötən ilin dekabrında Tbilisidə qətlə yetirilən iki məktəblinin qatillərinin cəzalandırılmasını tələb edirlər. "Məni qətlə yetirmə" şüarlı aksiya öncə Baş prokurorluğun qarşısında Tbilisi şəhər məhkəməsinin yeniyetmələrin qətli ilə bağlı iş üzrə qərarından sonra keçirilib. Baş prokuror İrakli Şotadzenin istefasından sonra aksiya iştirakçıları parlamentin binası qarşısına doğru yürüş ediblər. Aksiya iştirakçıları qətlə yetirilmiş yeniyetmələrdən birinin atası Zaza Saralidzeyə həmrəylik nümayiş etdiriblər. Onlar Tbilisi Apellyasiya Məhkəməsi, Gürcüstanın Ali Məhkəməsinin sədrləri və digər hakimlərin istefasını tələb edirlər. Qeyd edək ki, ötən ilin dekabrın 1-də Tbilisinin 51 saylı məktəbinin şagirdləri 16 yaşlı David Saralidze və Levan Dadunaşvili Xorava küçəsində mübahisə zamanı ölümcül bıçaq yaraları alıblar. Polis insidentdə şübhəli bilinən 2 yeniyetməni saxlayıb. Tbilisi şəhər məhkəməsi bu gün təqsirləndirilən şəxsləri qismən təqsirli hesab edib.