Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Azərbaycan “Cənub Qaz Dəhlizi”ndən 50 milyard qazanacaq

28-06-2016, 12:14 Baxış: 310
Azərbaycan “Cənub Qaz Dəhlizi”ndən 50 milyard qazanacaq"Cənub Qaz Dəhlizi” (SGC) layihəsinin icrası Azərbaycanın karbohidrogen satışından və nəqlindən təxminən 30-50 milyard dollar gəlir əldə etməsinə imkan verəcək.
Tezis.az xəbər verir ki, bu barədə "Caspian Energy” jurnalına müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov məlumat verib. O qeyd edib ki, bu, ilkin rəqəmlərdir. "Cənub Qaz Dəhlizi” həm Azərbaycanın, həm də regionun iqtisadiyyatının və infrastrukturunun inkişafına imkan yaradır.
Qeyd edək ki, "Cənub Qaz Dəhlizi” layihəsi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2” yatağından hasil olunacaq qazı Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı "Cənub Qaz Dəhlizi” Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu (TANAP) və "Trans-Adriatik” (TAP) qaz boru kəmərlərindən ibarətdir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropa ya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır. Azərbaycan "Cənub Qaz Dəhlizi”nin tərkib hissələrini təşkil edən "Şahdəniz” layihəsi və Cənubi Qafqaz Boru Kəmərində (CQBK) 16,7 faiz, TANAP-da 58 faiz, TAP-da isə 20 faiz paya sahibdir.