Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

"Bakıdakı terrorun müəllifi Türkiyəyə başsağlığı verir"

30-06-2016, 15:38 Baxış: 248

"Bakıdakı terrorun müəllifi Türkiyəyə başsağlığı verir" 

Ermənistan prezidenti Serj Sarqsyan İstanbuldakı terror hadisəsi ilə bağlı Türkiyəyə başsağlığı verdi. Hesab edirəm ki, bu qonşuluq və diplomatik etika yox, Ermənistanın çıxılmaz vəziyyətdə olmasından irəli gələn məcburi addım idi.

Tezis.Az xəbər verir ki, bunu Milli Məclisinin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, ötən il Rusiya-Türkiyə münasibətləri pisləşəndə buna ən çox sevinən və sonradan bu gərginliyin dərinləşməsinə ən çox səy göstərən də Ermənistan idi.  Ancaq tarixi proses Ermənistanın istəyinin əleyhinə olaraq iki nəhəng dövlətin dostluğunu bərpa etdi: "Artıq Moskvada Ermənistanın türklər haqqında qorxulu nağılları keçmir. Rusiya Anadolu siyasətini Ermənistanın çirkin düşmənçilik maraqları ilə deyil, öz milli maraqları üzərində qurmağa başlayır. Bu situasiyada isə Ermənistan dişini-dişinə sıxaraq Türkiyəyə başsağlığı verir.

Yada salaq ki, Xocalı soyqırımında iştirakından qürur duyan Sarqsyan, Ermənistanın müdafiə və milli təhülkəsizlik naziri olarkən Ermənistan xüsusi xidmət orqanları tərəfindən Bakıda bir sıra terror hadisələri törədlimişdi. İndi isə belə bir insan terror hadisəsinə görə başsağlığı verir".