Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

"Hər 100 manat təhsil haqqının 80 manatı müəllimlərin maaşına sərf edilir"

30-06-2016, 16:11 Baxış: 287
"Hər 100 manat təhsil haqqının 80 manatı müəllimlərin maaşına sərf edilir"
"Ümumilikdə ali təhsil sistemində ali məktəblərin gəlirlərinin təxminən 80 faizi əmək haqqı fonduna keçir. Yəni hər 100 manat təhsil haqqının 80 manatı müəllimlərin əmək haqqına sərf edilir. Qalan xərclər məktəbin digər xərclərinə sərf edilir".
Tezis.az xəbər verir ki, bunu Maarifçi Tələbə Kredit Fondunun ilk kreditlərini alan tələbələrə sertifikatların təqdim olunması mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib.
Ali məktəblər arasında bu rəqəmin dəyişə bilməsinin mümkünlüyünü qeyd edən nazir bildirib ki, ali məktəblərin gəlirlərinin qalan hissəsi əsaslı təmirə, maddi-texniki bazanın maliyyələşməsinə və digər işlərə sərf edilir.
M.Cabbarovun sözlərinə görə, ali məktəblər artıq bir neçə ildir ki, özünümaliyyələşdirmə sisteminə keçiblər: "Onların maliyyələşdirilməsi müstəqil şəkildə həyata keçirilir. Doğrudur , təhsil sistemi prioritet olduğuna görə dövlət tərəfindən bu sahəyə kifayət qədər sərmayə yönəldilir. Amma bu, daha çox ümumtəhsil və digər pillələrə aid olur, yeni universitetlərə lazım olan maddi-texniki bazanın yaradılması üçün edilir".
***
"Bəzən bir çox təhlili məqalələrdə qeyd edilir ki, niyə sovet dövründə təhsil "pulsuz” idi, lakin bu gün təhsil ancaq bir qrup tələbə üçün "pulsuzdur”? Heç kim xatırlamaq istəmir ki, sovet dövründə yalnız müəyyən sayda tələbə ali təhsil ala bilərdi. Həmin vaxt dövlət sifarişinə düşməyən şəxsin ali təhsil almaq hüququ yox idi. Amma bu gün liberallaşmaya gedirik”.
Tezis.az xəbər verir ki, bunu Maarifçi Tələbə Kredit Fondunun ilk kreditlərini alan tələbələrə sertifikatların təqdim olunması mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, bu gün dövlət ehtiyac duyulan qədər mütəxəssis hazırlığını üzərinə götürür. Lakin ali təhsil almaq istəyənlərin sayı çoxdur: "Belə olduğu halda müəyyən göstəriciləri əldə edənlər dövlət hesabına, digərləri isə öz hesablarına təhsil alırlar. Biz bunu alqışlayırıq və ali təhsilin daha əlçatan olmasına çalışırıq”.
Dövlət sifarişinin formalaşmasının öz prinsipləri olduğunu xatırladan M.Cabbarov əlavə edib ki, dövlət ən yüksək akademik bal toplayan tələbələrin təhsil haqqını ödəyir: "Bundan əlavə, dövlət bir sıra kateqoriyadan olan vətəndaşların da təhsil xərclərini öz üzərinə götürür".