Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Ərdoğanla Böyük Britaniyanın baş naziri arasında telefon danışığı olub

27-08-2018, 17:00 Baxış: 138
Ərdoğanla Böyük Britaniyanın baş naziri arasında telefon danışığı olub
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniyanın baş naziri Tereza Mey arasında telefon danışığı olub.
"Hürriyet” xəbər verir ki, onlar iki ölkə arasındakı əlaqələrin hazırkı durumunu, bölgələrdəki vəziyyəti, o cümlədən Suriyada baş verən son hadisələri müzakirə ediblər. Bundan başqa, R.T.Ərdoğan və T.Mey iki ölkənin xəzinə və maliyyə nazirlərinin qısa bir zamanda görüşməsinə dair razılıq əldə ediblər.
Eyni zamanda ikitərəfli ticarət və iqtisadi əlaqələri, qarşılıqlı investisiya yatırımlarını daha da genişləndirməyi nəzərdən keçiriblər.