Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

"ATƏT Cənubi Qafqazda münaqişələrin həllinə nail olmalıdır"

2-07-2016, 11:52 Baxış: 432
"ATƏT Cənubi Qafqazda münaqişələrin həllinə nail olmalıdır""ATƏT beynəlxalq hüquq prinsipləri əsasında Moldova və Cənubi Qafqazda münaqişələrin həllinə nail olmalıdır".
Tezis.az xəbər verir ki, bunu ATƏT-in Parlament Assambleyasının Tbilisidə keçirilən illik sessiyasında çıxışı zamanı ATƏT-in Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev deyib.
O, ötən il Finlandiyada Helsinki prinsiplərinə sadiqliklə bağlı qətnamə qəbul edildiyini xatırladıb: "Hesab edirəm ki, bu, ATƏT məkanında münaqişələrin həlli üçün hüquqi çərçivə baxımından əsas kimi çıxış edə bilər. Almaniya ATƏT-ə sədrliyi dövründə münaqişələrin həllinin onlar üçün prioritet təşkil edəcəyini açıqlayıb və bu istiqamətdə bir sıra tədbir keçirib. Ümidvaram ki, ATƏT təşkilatın fəaliyyətdə olan sədrinin Ermənistan-Azərbaycan münaqişəsində status-kvonun qəbuledilməz olması ilə bağlı bəyanatını dəstəkləyəcək".
A.Quliyev həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün Dağlıq Qarabağ münaqişəsinin həllində konkret nəticələr gətirəcəyinə ümid etdiyini də dilə gətirib.