Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Ərdoğan Putin, Poroşenko və Trampla danışdı: Kerç böhranı

28-11-2018, 15:30 Baxış: 168
Ərdoğan Putin, Poroşenko və Trampla danışdı: Kerç böhranı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Pyotr Poroşenko arasında telefon danışığı baş tutub.
Liderlərin telefon söhbətində əsas gündəm Ukrayna və Rusiya arasında baş verən gərginlik olub.
Baş verənlərlə bağlı narahatlığını dilə gətirən Ərdoğan böhranın həllinin vacib olduğunu vurğulayıb. Qeyd edək ki, Rusiya 25 noyabrda Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib.
Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq 24 əsirlə birgə Kerç limanına aparılıb. Hücum zamanı 6 Ukrayna hərbçisi yaralanıb. Ukrayna insidentlə bağlı 10 vilayətdə bir ay müddətində hərbi rejim elan edib.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Liderlər telefon danışığında Rusiya və Ukrayna arasında yaşanan gərginliyi müzakirə ediblər. Ərdoğan Poroşenko və Putinlə apardığı telefon danışığı barədə Trampa məlumat verib.