Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Rza İbadov: "Daşınmaz əmlak biznesi ilə məşğulam"

13-05-2016, 07:17 Baxış: 453
Rza İbadov: "Daşınmaz əmlak biznesi ilə məşğulam" 
Keçmiş deputat, 1995-2000-ci illərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədri olmuş və hazırda Londonda yaşayan Rza İbadov jurnalistilərin sualların cavablandırıb.

- Rza müəllim, YAP icra katbinin müavini Siyavuş Novruzov sizin bu yaxınlarda Azərbaycana gəlib və geri döndüyünüzü deyib. Sonucu dəfə Bakıda nə zaman olmusunuz?

-Mən 2015-ci ilin noyabrında Azərbaycana gəlmişdim. İki həftə Bakıda qaldıqdan sonra Londona geri döndüm.

-Bakıya səfəriniz hansı xarakter daşıyırdı, kimlərlə görüşdünüz? 

-Azərbaycana qohumlarımı, dostlarımı, yaxınlarımı görmək üçün gəlmişdim. Yəni səfərim daha çox şəxsi xarakter daşıyırdı.

-YAP-a yenidən üzv olmaq və Azərbaycanda aktiv siyasətə qayıtmağı düşünürsünüz?

-Mən hələ də YAP-ın üzvüyəm. Partiya sıralarından çıxarılmamışam. Yenidən aktiv siyasətə qayıdıb-qayıtmayacağımı zaman göstərəcək. Həyatda hər şey qismət işidir.

-Qarabağ cəbhəsindəki son hadisələri izləyirsinzimi?

- Əlbəttə, cəbhədəki son hadisələri diqqətlə izləyirəm. Azərbaycan ordusunun qələbələri ilə qürur duyuram.

 -Londonda hazırda hansı sahədə çalışırsınız?

-Daşınmaz əmlak biznesi ilə məşğulam. Bu sahədə özəl bir şirkətim var.

-Yaxın gələcəkdə həmişəlik Bakıya dönmək, Azərbaycanda yaşamaq niyyətiniz varmı ?

- Təbii ki, vətənim Azərbaycanı çox sevirəm. İnşallah bir gün həmişəlik geri dönəcəyəm.
Modern.az