Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Rövşən Rzayev: "Ermənistan atom materiallarının qaçaqmalçılığı ilə məşğuldur"

16-05-2016, 14:31 Baxış: 350

 

Rövşən Rzayev: "Ermənistan atom materiallarının qaçaqmalçılığı ilə məşğuldur"

 

 

 

Mayın 9-dan 13-nə qədər Azərbaycan-Almaniya Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun Almaniyaya rəsmi səfəri olub. Səfər barədə açıqlama verən İşçi Qrupun rəhbəri Rövşən Rzayev bildirib ki, 4 günlük səfər çərçivəsində Milli Məclidin Gənclər və İdman komitəsinin sədri Fuad Muradov, Rasim Musabəyov də ezamiyyətdə olublar.

"İlk növbədə parlamentin sədrinə və rəhbərliyinə minnətdarıq ki, bizim müraciətmizə dərhal dəstək oldular və məni, Fuad Muradovu, Rasim Musabəyovu ezam etdilər. Mayın 9-dan başlayan ezamiyyətin ilk günü Azərbaycanın Almaniyadakı Səfirliyinin təşkil etdiyi ulu öndərin anım tədbirinə qatıldıq. Mayın 10-dan mayın 13-ə qədər müxtəlif görüşlərimiz keçdi”.

R.Rzayev səfər çərçivəsində 20-ə qədər görüş keçirdiklərini vurğulayıb.

"Səfirlik tərəfindən bu işə ciddi yanaşılmışdı və onlara təşəkkür etmək istərdim. Bundestaqın Beynəlxalq komitəsinin və digər komitələrin üzvləri ilə görüşlərimiz oldu. Eyni zamanda geniş tərkibdə Bundestaqın Qafqazla bağlı işçi qrupu ilə, Kansler Aparatında, Xarici İşlər Nazirliyində də görüşlərimiz oldu”.

Deputatın sözlərinə görüşlər çərçivəsində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və işğalı davam etdirməsi faktorları, aprel hadisələri, təmas xəttində atəşkəsin tez-tez pozulması halları, Ermənistan Silhalı Qüvvələrinin təxribatları, mülkü əhaliyə yönəlik silahlar, onlar arasında ölən və yaralananların olması, təsərrüfatlarına ciddi ziyan dəyməsi faktorları diqqətə çatdırılıb.

"Həmçinin Ermənistanın nüvə, atom materiallarının qaçaqmalçılığı ilə məşğul olduğu, aprel hadisələri ilə bağlı məsələlər, Milli Məclis tərəfindən bizə verilmiş sənədləri də onlara təqdim etdik. 4 günlük səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun da gəlişi o dövrə təsadüf etdi. Onun apardığı görüşlərin birində biz də iştirak etdik, Azərbaycanın xarici siyasətinin hansı istiqamətdə aparıldığını ətraflı Elmar Məmmədyarov izah etdi, diplomatik və ciddi cavbalar verdi. Bu görüşləri davam etdirmək istəyirik. Almaniya Budestaqının işçi qrupu oktyabr-noyabr aylarında Azərbaycana səfər edəcək. Bu yaxın günlərdə ayrı ayrı deputatlar da gələcəklər”.

Modern.az