Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Sevinc Fətəliyeva: “Mehriban Əliyevanın müraciəti xalqa olan diqqətin göstəricisidir”

19-05-2016, 12:39 Baxış: 466
 
"Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın ‪28 May - Respublika Günü münasibəti ilə yeni amnistiya aktının qəbul olunması üçün Parlamentə müraciət‬i böyük böyük humanist addımdır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib. 
 
O qeyd edib ki, ölkənin birinci xanımının "Amnistiya aktı" haqqında qanun layihəsinin qəbulu ilə bağlı müraciəti xalqına olan diqqətinin göstəricisidir: "Mehriban xanım Əliyeva bu məsələ ilə bağlı artıq 4-cü dəfədir ki, Milli Məclisə müraciət edib. O, cəmiyyətdə insanpərvərlik və humanizm ideyalarının möhkəmlənməsi istiqamətində əvəzsiz işlərə imza atır. Azərbaycanın birinci xanımının müraciəti müdrik siyasi addım olması ilə yanaşı, dövlətimizin demokratik dəyərlərə söykənməsini göstərir. Amnistiya aktının təxminən 10 min şəxsə şamil ediləcəyi gözlənilir. O cümlədən 3500 məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad edilməsi nəzərdə tutulur”.
 
Millət vəkili bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın cəmiyyətimizin inkişafı üçün apardığı işlər ölkə vətəndaşlarının həyatın bütün sahələrində fəallığını daha da artırır və onlarda böyük ruh yükəskliyi yaradır. S.Fətəliyeva vurğulayıb ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın atdığı addımlar bir daha göstərir ki, o, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsində yaxından iştirak edir. Deputat diqqətə çatdırıb ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü məsələ geniş ictimai dəstək alıb.
Tezis.az