Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

“Ermənistan “İsgəndər” raketləri ilə də heç nəyə nail ola bilməyəcək”

17-09-2016, 13:47 Baxış: 297
“Ermənistan “İsgəndər” raketləri ilə də heç nəyə nail ola bilməyəcək”

Ermənistan sentyabrın 21-də müstəqilliyinin 25-ci ildönümü ilə bağlı hərbi parad keçirməyə hazırlaşır. Paytaxt Yerevana parad üçün gətirilən hərbi texnika içərisində Rusiya istehsalı olan "İsgəndər”  raketlərinin yer aldığı da söylənilir. 

Hərbi parad keçirməklə Ermənistan hakimiyyətinin "aprel döyüşləri”ndən sonra dərin psixoloji sarsıntı keçirdiyi aydın sezilir. 

Maraqlıdır, "aprel döyüşləri”ndə ciddi itkilərə məruz qalmış Ermənistan indi hərbi paradı keçirməklə siyasi arenada özünü necə dövlət kimi göstərməyə çalışır?. 

Milli Məclisin deputatı Rövşən Rzayev açıqlamasında deyib ki, Ermənistan siyasi tərəf baxımından  işğalçı siyasətini davam etdirir.

"Bu o deməkdir ki, Ermənistanın bugünkü  işğalçı  siyasi rəhbəri və rəhbərləri Ermənistan xalqını düşünsəydilər çoxdan sülh mövqeyinə gələrdilər. Nə qədər ki, bu mövqeyə gəlməyiblər, deməli, nə Ermənistan xalqı, nə də hakimiyyəti dünyada gedən proseslərə uyğunlaşa bilir. Çünki Ermənistanın bugünkü rəhbəri Serj Sarkisyan "səhra komandiri” düşüncəsindən qabağa gedə bilməyib. Ona görə də bu gün təxribatçı fikirlərini, əməllərini həyata keçirməkdə davam edir”. 

Hərbi parad keçirməklə Azərbaycana təsir etməyə gəlincə, deputat bunun heç bir əhəmiyyət kəsb etmədiyini dilə gətirib. 

"Ermənistan  hərbi parad  keçirərkən  Azərbaycana heç nə edə bilməyəcək. Ermənistan rəhbərliyi və xalqı birmənalı şəkildə bilməlidir ki, Azərbaycan üçün heç zaman rəqib ola bilməzlər. Azərbaycan Ermənistandan dəfələrlə güclüdür. Birinci Qarabağ savaşı dövründə də Ermənistan Azərbaycan ərazilərini işğal etməkdə iştirakçı olub. Onlar böyük imkanlara malik olmayıblar. "Aprel hadisələri” də göstərdi ki, Ermənistanın silahlı qüvvələrinin təxribatı Azərbaycan silahlı qüvvələri tərəfindən hansı səviyyədə alındı. Bunu nəinki Ermənistan dövləti, bütün dünya dövlətləri gördü. Ona görə də Ermənistan işğalçı siyasətindən əl çəkməlidir. Ermənistan hərbi parad keçirməklə, "İsgəndər” raketlərini almaqla heç nəyə nail ola bilməyəcəklər. Müstəqil Azərbaycan dövləti heç bir zaman öz torpaqlarını Ermənistanın işğalı altında saxlamayacaq. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan  ərazisində ikinci Ermənistan dövləti yaranmayacaq.  Bunu bilməlidirlər”. 

Deputat, hərbi paradın keçirilməsini  Ermənistanın özünə təsəlli verməsi kimi qiymətləndirib.

"Ermənistan əvvəl etdiyi cəhdlərin boşa çıxdığını görüb indi də hərbi parad keçirmək istəyir. Bu, separatçı qüvvələrin düşündüyü amildən başqa bir şey deyil.

Sentyabrın əvvəllərində Ermənistan tərəfi Qarabağdakı separatçı rejimin müstəqilliyi ilə əlaqədar görüşlər keçirmək istəyirdi. Amma, bu, alınmadı. Çünki aparıcı dövlətlər separatçı rejimi tanıya bilmədilər. Necə ki, bu günə kimi tanımayıblar. Dünyanın bütün aparıcı dövlətləri işğal altında olan torpaqların  Azərbaycanın ərazisi olduğunu qəbul edirlər”.

“Ermənistan “İsgəndər” raketləri ilə də heç nəyə nail ola bilməyəcək”