Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Rusiyalı politoloq Putin və Ərdoğan görüşünü şərh edib - eksklüziv

11-10-2016, 17:16 Baxış: 244
Rusiyalı politoloq Putin və Ərdoğan görüşünü şərh edib - eksklüziv
"Putinin Türkiyəyə səfəri ölkələr arasında münasibətlərin yaxşılaşmasına və iqtisadi münasibətlərin inkişafına səbəb olacaq. Tərəflər "azad ticarət zonasının yaradılması"nı müzakirə etməyə hazırdır".  
Bunu açıqlamasında  tarix elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin beynəlxalq münasibətlər  fakultəsinin dosenti Niyazi Niyazov bildirib. 
Ekspertin sözlərinə görə,Türkiyə üçün Avropa Birliyi  bazarlarından iqtisadi asılılığı azaltmaq çox önəmlidir. Ona görə də,  Rusiyayla iqtisadi münasibətlərin  yaxşılaşması  əhəmiyyətlidir. Bu həm də Rusiya üçün vacibdir. Rusiya  öz sənayesinin və kənd təsərrüfatı  məmulatlarının xarici bazara çıxarılmasında, ilk növbədə dənli bitkilər, ərzaq mallarında yaranan çatışmazlığın aradan qaldırılmasında maraqlıdır. 
Niyazov hesab edir ki, müzakirənin əsas predmetləri şübhəsiz ki,  Suriya və Qarabağ danışıqlarının nizama salınması,  kürd və  regional təhlükəsizlik problemləri olacaq. 23-cü Ümumdünya enerji konqresində Rusiyanın və Türkiyənin liderləri iştirak edirlər, onlar öz gündəliyinə malikdir, Rusiya və Türkiyəni maraqlandıran  bütün məsələlərin  müzakirəsi üçün isə meydança deyil. 
Tarix elmləri doktoru qeyd edir ki, Rusiya və Türkiyə arasında münasibətlərin yaxşılaşması  Azərbaycan prezidenti İlham Əliyevin də siyasəti nəticəsində müsbət nəticələndi. Qazaxıstan və Belorusiya rəhbərləriylə yanaşı Rusiya-türk münasibətlərinin normallaşması üçün səylər öz nəticəsini Verdi.  Təsadüfi deyil ki, bu üç dövlətin rəhbərləri konqresin açılışında bir yerdə oturdular. 
Hər halda V. Putinin Türkiyəyə səfəri Moskva və Ankaranın  regionda daha  aktiv siyasət aparmağına təkan verəcək. 
Rusiyalı politoloq Putin və Ərdoğan görüşünü şərh edib - eksklüziv