Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Aktyor keçmiş xanımı haqda: "O, dünyanın ən..."

14-12-2016, 19:17 Baxış: 288

Aktyor keçmiş xanımı haqda: "O, dünyanın ən..."

 Aktyor Ben Aflek "Gecənin hökmü” (Live by Night) adlı yeni filminin təqdimetmə mərasiminə qatılıb. Jurnalistlərin suallarını cavablandıran Ben övladları və keçmiş həyat yoldaşı Cennifer Qarner barədə də danışıb. 44 yaşlı aktyor boşanma prosesinin uzadılmasına belə münasibət bildirib: "Hər şeydən əvvəl Cennifer mənim övladlarımın anasıdır. Mən xoşbəxtəm ki, bu gün onların yanındayam və gələcək üçün əsl insan yetişdiririk. Qarner dünyanın ən yaxşı anasıdır”. Qeyd edək ki, cütlük 2005-ci ildə ailə qurub, 2015-ci ildə isə boşanıb. Onların bu nikahdan 11 yaşlı Vayolet, 7 yaşlı Serafin və 4 yaşlı Samuel adlı övladları var. İddialara görə, Ben Cennifer ilə barışmaq üçün əlindən gələni edir. Aktrisa da müsahibələrinin birində keçmiş həyat yoldaşını hələ də sevdiyini etiraf edib. "Həyata bir daha da gəlsəydim, yenə Benə ərə gedərdim. O, mənim ömürlük sevgimdir. Belə olmasaydı, ondan üç övladım olmazdı", - deyə aktrisa vurğulayıb. Aktyor keçmiş xanımı haqda: "O, dünyanın ən..."
Aktyor keçmiş xanımı haqda: "O, dünyanın ən..."
Aktyor keçmiş xanımı haqda: "O, dünyanın ən..."