Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

İranlı aktrisa Trampa etiraz etdi

27-01-2017, 07:27 Baxış: 259

İranlı aktrisa Trampa etiraz etdi İranlı aktrisa Təranə Əlidusti ABŞ prezidenti Donald Trampa etiraz olaraq "Oskar” mərasiminə qatılmayacaq. Axşam.az-ın məlumatına görə, aktrisa, ABŞ prezidentinin əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi ölkələrə viza verilməsini qadağan edən miqrasiya siyasətinə etiraz edib: "Trampın İran sakinlərinə viza verilməsini qadağan etməsi irqçi addımdır. Fərqi yoxdur bu mədəniyyət tədbiridir, ya yox, mən etiraz əlaməti olaraq, 2017-ci il "Oskar” mərasimində iştirak etməyəcəyəm”, - deyə Təranə öz "Twitter” səhifəsində yazıb. T.Əlidustinin rol aldığı "Satıcı” filmi "Xarici dildə ən yaxşı film” nominasiyasında namizəd göstərilib. Qeyd edək ki, "Oskar” mükafatları fevralın 26-sı Los-Ancelesdə təqdim olunacaq.