Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Bu gün "Eurovision"ın ikinci yarımfinalıdır

11-05-2017, 18:06 Baxış: 170
Bu gün "Eurovision"ın ikinci yarımfinalıdır Bu gün "Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutacaq.

Axşam.az-ın məlumatına görə, Kiyevdə Beynəlxalq Sərgi Mərkəzində baş tutacaq gecədə 18 ölkənin nümayəndəsi çıxış edəcək. Onlardan yalnız 10-u finala vəsiqə qazanacaq.

İkinci yarımfinalda 2004-cü ildə Ukraynaya birincilik gətirən Ruslana da səhnəyə çıxacaq.

Bu gecə səhnəyə çıxacaq ölkələr bunlardır: Avstriya, Serbiya, Makedoniya, Malta, Ruminıya, Niderland, Macarıstan, Danirmarka, İrlandiya, San – Marino, Xorvatiya, Norveç, İsveçrə, Belarus, Bolqarıstan, Litva, Estonya, İsrai.

Müsabiqə 22:05-də İTV-də canlı yayımlanacaq.
Qeyd edək ki, Azərbaycan təmsilçisi Diana Hacıyeva birinci yarımfinalda səkkizinci olaraq səhnəyə çıxmışdı. "Skeletons" mahnısını səsləndirən Diana finala vəsiqə qazananlar sırasında olub. 
"Eurovision 2017"nin finalı mayın 13-də baş tutacaq.