Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Faiq Ağayev kişi kimi açıqladı: "Sür-sümük qucaqlamaq istəməzdim"

10-06-2016, 16:05 Baxış: 857
Faiq Ağayev kişi kimi açıqladı: "Sür-sümük qucaqlamaq istəməzdim" 
Xalq artisti Faiq Ağayev həddindən arıq qızları xoşlamadığını deyib.
TEZİS.AZ xəbər verir ki, lent.az-a müsahibə verən F.Ağayev bildirib ki, bəzi qızlar ideal formaya düşmək üçün özlərinə olmazın əzablar verirlər.
Sual: Deyirlər ki, Şərq qadını balıq kimi olmalıdır. Amma son vaxtlar hamı özünü arıqladır, Avropa standartlarına uyğun gəlmək istəyirlər. Siz bir kişi olaraq bu barədə nə düşünürsünüz? 
Cavab: "Balıq kimi olsa, qadının beli, "taliyası” olmaz ki (gülür). Həddindən artıq arıq qızlar xoşuma gəlmir. Onların gözündə aclıq yazılıb, "mən yemək istəyirəm” şüarı var. Səadət olmur o gözlərdə. Düşündükləri ideal formaya düşmək üçün özlərinə olmazın əzablar verirlər. Sümükləri görünən xanımdan xoşum gəlmir. Özünə fikir verib, idman və düzgün pəhrizlə fiqura saxlayanlar ayrı. Amma qadın sevgi obyektidir. Sevgi obyektini qucaqlayarsan. Sür-sümük qucaqlamaq istəməzsən axı. Adam yumşaq nəsə qucaqlayar. Həddən artıq köklük də yaxşı hal deyil. Onun estetik tərəfini bir kənara qoyaq, həm də orqanizmə çox böyük ziyanı var. Mənim nənəm arıq qadın idi. Xalam əsl qəşəng Azərbaycan qadını idi, qum saatına oxşar, namnazik beli var idi, bədən forması gözəl idi. Bizim köhnə filmlərimizə baxın, Fatma Mehrəliyeva, Leyla Bədirbəyli, Nəcibə Məlikova tipli fiquraları sevirəm".