Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

PƏRVİN ABIYEVANIN “PORSCHE”SİNƏ HƏBS QOYULUB, AVTOMOBİL CƏRİMƏ MEYDANÇASINA APARILIB

5-10-2017, 12:36 Baxış: 203
PƏRVİN ABIYEVANIN “PORSCHE”SİNƏ HƏBS QOYULUB, AVTOMOBİL CƏRİMƏ MEYDANÇASINA APARILIB
Pərvin Abıyevanın avtomobili cərimə meydançasına yerləşdirilib.
99 EP 333 dövlət qeydiyyat nişanlı "Porche" markalı avtomobil hərəkətdə olarkən üzərinə qoyulan həbslə bağlı Nəsimi rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanılıb. YPX əməkdaşları həmin avtomobili idarə edənin vətəndaş Pərvin Abıyevanın olduğunu müəyyən edib və ona avtomobilin cərimə meydançasına aparılmalı olması barədə xəbərdarlıq edib.
Lakin aktrisa bu qərarla razılaşmayıb.
Buna baxmayaraq qanuna müvafiq olaraq avtomobil evakutor vasitəsilə cərimə meydançasına yerləşdirilib.
Müəyyən edilib ki, "Porsche" markalı avtomobil siğortalanmayıb.
Bundan əlavə, bir neçə məbləği ödənilməyən cərimənin olduğu aşkarlanıb.