Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

"Avroviziya -2018"in iştirakçılarının siyahısı açıqlandı

8-11-2017, 10:51 Baxış: 211
"Avroviziya -2018"in iştirakçılarının siyahısı açıqlandı 
"Avroviziya -2018"in Portuqaliyadan olan təşkilatçıları Azərbaycanın da daxil olduğu 42 ölkədən ibarət müsabiqə iştirakçılarının siyahısını açıqlayıb.
Axşam.az xəbər verir ki, siyahı müsabiqənin rəsmi saytında dərc olunub. Saytda həmçinin müsabiqənin dəniz balıqqulağını xatırladan loqotipi və "Hamı göyərtəyə!" adlı rəsmi şüarı təqdim edilib.
Müsabiqə 2018-ci ilin mayında Lissabon şəhərində keçiriləcək.
Bütün iştirakçı ölkələr: Avstraliya, Avstriya, Azərbaycan, Albaniya, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Gürcüstan, Danimarka, İsrail, İslandiya, İspaniya, İrlandiya, İtaliya, Kipr, Latviya, Litva, Malta, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, San-Marino, Serbiya, Sloveniya, Ukrayna, Finlandiya, Fransa, Xorvatiya, Monteneqro, Çexiya, İsveçrə, İsveç, Estoniya.