Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Tatlısəsdən "oğullarını əsgər göndər" deyən Demetə cavab - FOTO

6-04-2018, 16:48 Baxış: 368
Tatlısəsdən "oğullarını əsgər göndər" deyən Demetə cavab - FOTO Müğənni Demet Akalının "oğullarını əsgər göndər” sözlərinə İbrahim Tatlısəsdən cavab gecikməyib.
Hatayda əsgərlərlə görüşə çağrılmayan Demet bundan incidiyini dilə gətirmişdi. Tatlısəs isə hər kəsin dəvət olunduğunu, Akalının yersiz sitəm etdiyini bildirmişdi. Demet sosial şəbəkə vasitəsilə "Mayın 2-də qardaşım hərbi xidmətə yola düşür. Tatlısəs də oğullarını göndərsin” ismarışını yazmışdı. Oğlu Ahmedin əsgərlik fotosunu paylaşan İbrahim həmkarının cavabını belə verib: 
"Mən o sözləri Demet xanıma deməmişdim. Sözü kimə dediyimi bilən bilir… Söhbət vətən eşqindən gedirsə, oğlum Ahmed əsgərliyini Sarıqamışda çəkib. Qəhrəmanlığına görə isə 3 medal alıb. Həmin vaxt jurnalist Reha Muhtarla xəbərlərə belə çıxmışdı. Arxivləri araşdırıb tapın!”.
Tatlısəsdən "oğullarını əsgər göndər" deyən Demetə cavab - FOTO