Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Flora Kərimova metrodakı fotolarlardan danışdı

13-06-2018, 10:57 Baxış: 156
Flora Kərimova metrodakı fotolarlardan danışdı Xalq artisti Flora Kərimova instaqram hesabından Arzu Əhmədova adlı gəncin relslər üzərində çəkdirdiyi fotolarla bağlı  açıqlama verib.
Sənətçi fotoların yüksək təhlükəsizlik şəraitində çəkildiyini qeyd edib:
"Dünən qeyri iş saatlarında metronun N.Nərimanov adına stansiyasında "Qaynana 2018" filminin çəkilişləri baş tutub. Filmdə kütləvi səhnələrdə çəkilən gənc xanımın stansiyadan çəkilib sosial şəbəkələrdə paylaşılan fotosu bu gün mətbuat və sosial mediada tirajlandi və təəssüf ki, məlumat təhrif olundu. Əslində isə narahatlığa heç bir əsas yoxdur. Hamımız sağ-salamat, yüksək təhlükəsizlik şəraitində uğurla çəkilişləri yekunlaşdırdıq. Bu arada Bakı Metropoliteninin bütün heyətinə bizim üçün yaratdığı şərait, sevgi və qayğıya görə təşəkkür edirəm".