Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Kloe Sərdara şərt qoydu

16-11-2016, 20:31 Baxış: 404
 
Kloe Sərdara şərt qoydu 
Müğənni Serdar Ortaçın model həyat yoldaşı, irlandiyalı Kloe Lauqnanla evliliyi bitmək üzrədir.
Axşam.az-ın məlumatına görə, Kloe Sərdarın qarşısında inanılmaz şərt qoyub. Belə ki, "buradakı evi satıb, Amerikaya köçək. Ya mənimlə gedirsən, ya da bu sevgi bitər", deyən model Türkiyəni tərk edib. 
Müğənni həyat yoldaşının bu şərtindən əsəbləşərək qərarı bir həftəyə açıqlayacağını bildirib.
"Kloe Mayamidə 400 min dollara bir villa görüb. Deyir ki, Türkiyədəki evi də satıb ora köçək. Mən orada neyləyəcəm?! Küçələrdə gitara çalacam?! Kim tanıyır məni orada?! Bəs, mənim bu günə qədər olan karyeram necə olsun?! Amma həyat yoldaşımı da çox sevirəm. Bilmirəm, necə olacaq. Bir həftəyə qərar verəcəm", - deyə S.Ortaç vurğulayıb. 
Qeyd edək ki, cütlük 2014-cü ildə ailə həyatı qurub.