Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Fəxrəddin Manafov “Təhminə”dən danışdı -“O, məni maraqlandırmır”

21-11-2016, 18:32 Baxış: 333
 Fəxrəddin Manafov “Təhminə”dən danışdı -“O, məni maraqlandırmır” 
Türkiyənin tanınmış sənətçisi, "Təhminə” rolunun ifaçısı Meral Konrat Xalq Artisti Fəxrəddin Manafovu ağır ittiham edib.
AzNews.az xəbər verir ki, o, Xalq artisti Zülfiyyə Xanbabayevanın "Mənimsən” kilpinə görə, Fəxrəddin Manafov tərəfindən aldadıldığını bildirib: 
"O, məni çox, çox qırdı. Təxminən bir il öncə mənə zəng etdi və dedi:
"Meral, "Təhminə-2”ni çəkirik". Çox sevindim, çox həyəcanlandım ki, artıq "Təhminə-2”yə çəkilirəm. Fəxrəddin Bakıya gəlməli olduğumu bildirdi. Gözübağlı qalxıb, Azərbaycana getdim. Bakıda məni bir yerə apardılar, orada Zülfiyyə adlı bir sənətçi ilə qarşılaşdım. Soruşdum: "Bu xanım da filmdə oynayacaq?" Dedilər: "Yox, bu xanım bizdə məşhur bir musiqiçidir və filmin musiqilərini o hazırlayacaq". Baxdım, çəkiliş meydançasında "Təhminə-2" yazılan kağızlar var. Nə isə, çəkilişlər bitdi, Türkiyəyə qayıtdım. Nə isə bir gün, İstanbulda yaşayan çox sevdiyim bir azərbaycanlı dostum mənə zəng etdi və "Meralcım, Azərbaycanda klipə çəkilmisən, çox gözəl alınıb" söylədi. "Xeyr, mən klipə çəkilməmişəm" cavabını verdim. Hələ də ona hörmətim, sevgim böyükdür. Ancaq yenə də bir üzr istəməsini gözləyirəm”.
Xalq artisti Fəxrəddin Manafov AzNews.az-a açıqlamasında Meral Konratla bağlı açıqlama vermək istəmədiyini bildirib:
"Mən neyləyim, gileylənmək onların borcudur. Durub deyim ki, gileylənmə? Məni belə şeydən uzaq edin, maraqlanmıram. Bununla bağlı danışmaq istəmirəm”.